“Biz ABŞ-ın hərəkətlərini yaxından izləməyə davam edirik“.
Azpost.info bildirir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian açıqlamasında deyib.
Onun sözlərinə görə, İran regionda sülh və sabitliyə sadiqdir: “Son danışıqlar praktik təkliflərin mübadiləsini əhatə edib və ümidverici əlamətlər gətirdi. Bununla belə, biz ABŞ-ın hərəkətlərini yaxından izləməyə davam edirik və potensial ssenarilərin həlli üçün bütün lazımi tədbirləri görmüşük”.