“Milyarderlər dünyada hakimiyyəti ələ keçirməyə can atır”-BMT-nin Ali Komissarı müqavimətə çağırdı

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Turk beynəlxalq ictimaiyyəti ayrı-ayrı siyasətçilərin və texnologiya sənayesi nümayəndələrinin hakimiyyətə can atma meyllərinə qarşı çıxmağa çağırıb.

Azpost.info bildirir ki, o, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının açılışında çıxış edərkən bildirib ki, “birləşəndə ​​hər hansı bir avtokrat və ya texnologiya milyarderindən daha böyük gücə sahib oluruq.

Turk dezinformasiyanın yayılması və iqtisadi gücün təzyiq vasitəsi kimi istifadəsi də daxil olmaqla, “nəyin bahasına olursa olsun” məqsədlərinə çatmaq üçün qanunları və beynəlxalq normaları görməzdən gələn siyasətçiləri tənqid edib.

O, texnologiya maqnatlarının kiçik bir dairəsinin qlobal informasiya axınlarının qeyri-mütənasib payına nəzarət etdiyini, ictimai müzakirələri, bazarları və hətta idarəetmə sistemlərini təhrif etdiyini bildirib. O, konkret ad çəkməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.