Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel göndəriləcək

Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur.

APA-nın əldə etdiyi məlumata görə, qeyd edilən həcmdə dizel yanacağı bu gün – fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.