ABŞ-ın Yaxın Şərqdəki bazalarındakı döyüş təyyarələri İrana hucumda iştirak edir

“Hava hücumları İranın təhlükəsizliyini pozmaq məqsədi daşıyır“.

Azpost.info -nun məlumatına görə, bu barədə ABŞ rəsmisi Əl-Cəzirəyə bildirib.

Təsdiqlənməmiş məlumatlara görə, ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki bazalarından döyüş təyyarələri İran ərazisinə zərbələrdə iştirak edir.

Bundan əlavə, eyni məlumatlara görə, əməliyyatda ABŞ-ın nüvə enerjisi ilə işləyən “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisindən təyyarələr də iştirak edir.

Reuters bildirir ki, ABŞ İran obyektlərinə havadan və dənizdən zərbələr endirir.

İsrail və ABŞ İrandakı nüvə obyektlərinə zərbələr endirir. Nüvə obyektlərindən birinin yerləşdiyi İsfahan şəhərinə hücum edilib.

Qətərdəki ABŞ səfirliyi bütün personalı təcrid edib. Səfirlik bütün amerikalılara növbəti xəbərdarlığa qədər bu addımaı atmağa çağırıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.