ABŞ Prezidenti Donald Tramp İranın gələcək lideri postu üçün üç uyğun namizəd gördüyünü bildirib.
Щ bu bu barədə “The New York Times“ qəzetinə müsahibəsində danışıb.
Nəşrin yazdığına görə, Tramp “İslam Respublikasına rəhbərlik edə biləcək üç çox yaxşı seçim” olduğunu deyib.
Lakin konkret adların açıqlanması sualına cavab verməkdən imtina edib.
Tramp İranın yeni rəhbərliyinin praqmatik mövqe nümayiş etdirəcəyi təqdirdə sanksiyaların ləğv oluna biləcəyini bildirib. “Lakin mən heç bir istiqamətdə öhdəlik götürmürəm. Bunun üçün hələ çox tezdir”, – deyə Tramp qeyd edib.
ABŞ lideri əlavə edib ki, Vaşinqton qarşısına qoyduğu işi “çox yaxşı yerinə yetirir” və proses planlaşdırılandan daha sürətli irəliləyir.