Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib

User 02 Mart 2026 - 22:20 (Last updated: 02 Mart 2026 - 22:20)
ukra ordu

Ukrayna müdafiəçiləri Aleksandrovsk istiqamətində doqquz yaşayış məntəqəsini azad etməyə nail olublar. Onların irəliləməsi davam edir.

AZƏRTAC bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsinə istinadən xəbər verir.

Ukrayna hərbi komandanlığı diqqətə çatdırıb ki, Desant-Hücum Qoşunlarının döyüşçüləri cənub istiqamətdə ərazilərini azad etməyə davam edirlər. “Zonamızda üç yaşayış məntəqəsi düşməndən təmizlənib və hazırda daha bir neçə yaşayış məntəqəsinin azad edilməsi üzərində işlər görülür”, – deyə Baş Qərargah bildirib.

Əlavə olunub ki, müdafiə qüvvələri canlı qüvvələrə və avadanlıqlara dəqiq və kütləvi zərbələr endirərək, Rusiya qoşunlarının möhkəmləndirilmiş mövqelərdən planlı şəkildə sıxışdırılmasını həyata keçirir. Hava kəşfiyyat bölmələri və FPV ekipajları hədəflərin müəyyən edilməsində və məhvində əsas rol oynayır. Əməliyyatın əsas mərhələlərindən biri rusiyalıların Starlink şəbəkəsinə girişini məhdudlaşdırmaq idi ki, bu da onların vəziyyət barədə məlumatlılığını əhəmiyyətli dərəcədə azaltdı və bölmələrin idarə edilməsini çətinləşdirdi. Lojistik çətinliklərə və bəzi ərazilər üzərində nəzarəti itirməsinə baxmayaraq, Rusiya ordusu hücum cəhdlərini davam etdirir.

Qeyd edək ki, Aleksandrovsk istiqaməti cəbhənin Dnepropetrovsk, Donetsk və Zaporojye bölgələrinin qovuşuğunda yerləşir.

Xatırladaq ki, fevral ayının sonlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Cənub Əməliyyat Zonasında hücum əməliyyatı zamanı Ukrayna Müdafiə Qüvvələrinin səkkiz yaşayış məntəqəsini və təxminən 400 kvadrat kilometr ərazini azad etdiyini açıqlamışdı. O bildirib ki, Aleksandrovsk istiqamətində uğurlu əməliyyatlar bu ilin yanvar ayından bəri davam edir. Desant-Hücum Qoşunları bölmələri irəliləyişdə və təşəbbüsü qoruyub saxlamaqda əsas rol oynayır.

AzPost.az

Post navigation

Previous: Yaponiya səfirliyi fəaliyyətini tam dayandırmayıb –
Next: İran Bəhreyndə ABŞ-ın Donanma qərargahına raket zərbəsi endirib –

Oxşar xəbərlər

rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.