İran Bəhreyndə ABŞ-ın Beşinci Donanmasının qərargahına daha bir böyük raket zərbəsi endirib.
Azpost.info bildirir ki bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
“The Washington Post” qəzetinin məlumatına görə, ABŞ dəniz bazasına raketlər və dronlar atılıb. Bəhreyndə hava hücumu xəbərdarlığı edilib və obyektin yaxınlığında baş verən partlayışların görüntüləri internetdə yayılıb.
Dağıntıların və ya itkilərin miqyası barədə hələlik rəsmi məlumat yoxdur. ABŞ bildirib ki, zərbələr bölgədəki hərbi missiyalarına təsir etməyib.