Trampın nümayəndəsi İranla son danışıqların detallarını açdı –ABŞ nə təklif edib?

“Fevral ayının sonunda İranla keçirilən üçüncü danışıqların sonunda razılaşmanın mümkün olmadığı tamamilə aydın oldu“.

Azpost.info bildirir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff deyib. O, Fox News-da bildirib ki, bunun mümkün olmayacağı tamamilə aydın idi: “Yəqin ki, ikinci görüşün sonunda… Amma sonra son cəhdi etmək üçün üçüncü görüşə qayıtdıq.”

DW-nin məlumatına görə, Vitkoff ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə Cenevrədə kürəkəni Cared Kuşnerlə birlikdə İran nümayəndə heyəti ilə nüvə proqramı ilə bağlı bir sıra görüşlər keçirib.

Onun sözlərinə görə, Amerika nümayəndə heyəti ABŞ-ın İran enerjisini satın alması müqabilində iranlılara uranın zənginləşdirilməsindən on illik fasilə təklif edib: “Biz onlarla zənginləşdirmədən on illik fasiləni müzakirə etdik. Dedik ki, yanacağın pulunu ödəyəcəyik. Onlar bunu rədd etdilər. Bu, elə həmin anda bizə onların nüvə silahı yaratmağı davam etdirməkdən başqa planlarının olmadığını göstərdi”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.