Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya Ərəb Respublikasının Mülki Aviasiya və Hava Nəqliyyatı üzrə Baş İdarəsinin sədri cənab Ömər əl-Həsriylə görüşüb.
Azərbaycanın bu ölkədəki səfirliyindən APA-ya verilən xəbərə görə, görüşdə Suriya ilə mülki aviasiya və hava nəqliyyatı sahəsində mümkün əməkdaşlıq yolları müzakirə edilib.
“Qısa müddət ərzində əldə olunan nailiyyətlər barədə təqdim etdiyi ətraflı məlumatlara görə də təşəkkür edirəm. Dost Suriya üçün mülki aviasiya və hava nəqliyyatı sahəsində parlaq gələcək gözlənilir”, – məlumatda vurğulanıb.