ABŞ-ın İrana qarşı əməliyyatı zamanı yüksk dəqiqliyi olan silahların və raket ələeyhinə ehtiyatların sürətlə tükənməsinə səbəb olub. Bu da Pentaqon rəsmiləri və Konqres arasında narahatlıq doğurub.
Azpost.info bildirir ki, bu barədə The Washington Post qəzeti məlumat verib.
Mənbələrə görə, əməliyyatın başlamasından sonrakı müddət ərzində ABŞ qüvvələrinin dəqiq idarə olunan silah və raketdən müdafiə sistemləri ehtiyatlarını əhəmiyyətli dərəcədə tükənib. Əməliyyata kruiz raketləri, idarə olunan bombalar və ABŞ bazalarını və müttəfiqlərini İran raketlərindən və dronlarından qorumaq üçün istifadə edilən Patriot və Terminal High Altitude Area Defense (THAAD) raket əleyhinə vasitələr daxildir.
ABŞ ordusu İranın əsas infrastrukturuna fəal şəkildə zərbələr endirir. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, əməliyyatın ilk günlərində raket buraxılış qurğuları, silah anbarları, komanda mərkəzləri və raket sistemlərinin daşınması üçün istifadə edilən nəqliyyat marşrutları da daxil olmaqla 2000-dən çox hədəf məhv edilib.
Cavab olaraq İran Amerika bazalarına və müttəfiqlərinə qarşı raket və dron hücumları həyata keçirir. Bu da ABŞ-ı bahalı raket əlüyhinə vasitləri aktiv şəkildə yerləşdirməyə məcbur edir. Bəzi hallarda tək bir raketi zərərsizləşdirmək üçün bir neçə belə vasitə tələb olunur. Bu da sursat istehlakını sürətləndirir.
Ekspertlər xəbərdarlıq edirlər ki, raketdən müdafiə sistemləri ən həssas halqaya çevrilə bilər. Hücumların intensivliyi davam edərsə, ABŞ ordusu hansı təhdidlərə qarşı ilk növbədə mübarizə aparmalı olduğunu müəyyənləşdirməli olacaq.
Pentaqon mövcud silah ehtiyatlarının əməliyyatı davam etdirmək üçün kifayət olduğunu iddia edir. lakin idarə daxilində gərgin döyüşlərin anbarlara və istehsal müəssisələrinə ciddi təzyiq göstərdiyini etiraf edirlər.
Qanunvericilər dəqiq idarə olunan silahların yerinin tez bir zamanda doldurulması üçün milyardlarla dollar daha çox vəsait ayırmağı düşünürlər. Həmçinin ordu İran üzərindəki hava məkanına nəzarəti saxlayarkən daha ucuz silahlardan geniş istifadəsi üçün variantları araşdırır.
ABŞ prezidenti Donald Tramp İrana qarşı kampaniyanın həftələrlə davam edə biləcəyini deyib. Bu da Amerikanın silah ehtiyatlarının uzunmüddətli dayanıqlılığı ilə bağlı narahatlıqları yaradıb.