Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Brokolini daha faydalı edən ədviyyə açıqlandı

Orkhan Ali 05 Mart 2026 - 14:00 (Last updated: 05 Mart 2026 - 13:52)
brokoli

Adi bir ədviyyə qaynadılmış brokolini həm daha dadlı, həm də daha faydalı edir. AzPost xəbər verir ki, mütəxəssislər istilikdən sonra brokolinin itirdiyi bəzi faydalı xüsusiyyətlərin sadə üsulla bərpa oluna biləcəyini bildirirlər.

Məlumata görə, yüksək istilik zamanı tərəvəzlərin tərkibində olan bəzi faydalı maddələr parçalanır. Xüsusilə brokolinin tərkibində təbii şəkildə olan və orqanizm üçün mühüm rol oynayan maddələr bişirmə prosesində azalır. Bu isə onun qoruyucu təsirini zəiflədir.

Bildirilib ki, qaynadılmış və ya buxarda bişirilmiş brokoliyə üyüdülmüş xardal toxumu əlavə etmək bu təsiri qismən bərpa edə bilər. Səbəb isə brokolinin tərkibində olan mirozinaz adlı maddədir. Bu maddə istilik zamanı zəifləyir, lakin xardal toxumunda da eyni xüsusiyyət mövcuddur.

Mirozinaz brokolidə olan qlükozinolatları orqanizm üçün faydalı birləşmələrə çevirir. Bu birləşmələrin isə ürək-damar xəstəlikləri, şəkər xəstəliyi və digər ciddi sağlamlıq problemlərinə qarşı qoruyucu təsir göstərdiyi qeyd olunur. Yüksək istilik zamanı bu proses zəiflədiyi üçün tərəvəzin faydası azalır.

Mütəxəssislər tövsiyə edirlər ki, brokoli bişirildikdən dərhal sonra üzərinə bir çay qaşığı üyüdülmüş xardal toxumu səpilsin və qarışdırılsın. Bu, bişirmə zamanı zəifləyən təsiri yenidən gücləndirir.

Brokoli sobada, tavada, buxarda və ya köz üzərində hazırlanmasından asılı olmayaraq, bu üsul tətbiq oluna bilər. Dadını daha da zənginləşdirmək üçün az miqdarda duz, zeytun yağı və sarımsaq da əlavə etmək mümkündür. Beləliklə, sadə bir ədviyyə ilə həm ləzzətli, həm də daha faydalı yemək əldə etmək olar.

AzPost.az

Post navigation

Previous: Naxçıvana PUA hücumunda xəsarət alanların vəziyyəti açıqlandı
Next: İsrail Tehranda raket hədəflərinə zərbələr endirib

Oxşar xəbərlər

Yuxusuzluq
  • Maraqlı

Yuxu rejiminiz pozulubsa, bu problemlərlə üzləşə bilərsiniz

User 13 Noyabr 2026 - 09:20
burcler
  • Maraqlı

2026-cı ilin sonuna qədər 4 bürcün həyatı dəyişəcək – Onları nə gözləyir?

User 12 Noyabr 2026 - 20:47
person measures blood sugar with glucometer
  • Maraqlı

Gəzinti və üzgüçülük şəkər xəstələrinə necə kömək edir? – Alimlər səbəbini tapdı

User 12 Noyabr 2026 - 20:10

xƏBƏR

Pensiya
  • İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

User 13 Noyabr 2026 - 12:09
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri...
Read more about Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib
Azərbaycan və Britaniya strateji tərəfdaş oldu – London Bakıda nə axtarır? / TƏHLİL britaniya azeri esas foto
  • Baş Yazı

Azərbaycan və Britaniya strateji tərəfdaş oldu – London Bakıda nə axtarır? / TƏHLİL

User 13 Noyabr 2026 - 12:04
“Allah eləsin, müharibə başa çatsın… Açıqlamağa hazır olmadığım məsələlər var”- ZELENSKİ zelenski
  • Dünya

“Allah eləsin, müharibə başa çatsın… Açıqlamağa hazır olmadığım məsələlər var”- ZELENSKİ

User 13 Noyabr 2026 - 11:28
Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO turk vor zakon
  • Kriminal

Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO

User 13 Noyabr 2026 - 11:16
Əsgər andiçməsindən sonra meyiti tapılan qoca ilə bağlı yeni detallar baba esger esas
  • Sosial

Əsgər andiçməsindən sonra meyiti tapılan qoca ilə bağlı yeni detallar

User 13 Noyabr 2026 - 10:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.