Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Beynəlxalq Mülki Müdafiə Təşkilatı Azərbaycana qarşı dron hücumunu pisləyən bəyanat yayıb

User 05 Mart 2026 - 20:41 (Last updated: 05 Mart 2026 - 20:41)
BMM

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Daimi Katibliyi Azərbaycana qarşı son hücumlarla bağlı bəyanat yayıb.

Bəyanatda Azərbaycanın üzv dövlət kimi üzləşdiyi hadisələrlə bağlı dərin narahatlıq bildirilib, Azərbaycan Hökuməti və xalqı ilə tam həmrəylik ifadə edilib. Qeyd olunub ki, Azərbaycan mülki müdafiə və fövqəladə hallara hazırlıq sahəsində regional əməkdaşlığın gücləndirilməsinə töhfə verən ölkələrdən biridir və bu istiqamətdə BMMT çərçivəsində mühüm rol oynayır.

Təşkilat baş verən hadisələrdən zərər çəkən insanlara səmimi başsağlığı verərək vurğulayıb ki, bütün hallarda mülki əhalinin və həyati əhəmiyyətli xidmətlərin qorunması əsas prioritet olaraq qalmalıdır. Bildirilib ki, heç bir mülki şəxs qeyri-sabitlik və zorakılığın qurbanına çevrilməməlidir.

Bəyanatda qeyd edilib ki, qərargahı Cenevrədə yerləşən və humanitar prinsiplərə əsaslanan hökumətlərarası, qeyri-siyasi təşkilat olan BMMT üzv dövlətlərdə mülki müdafiə və fövqəladə hallara cavab sistemlərinin gücləndirilməsini dəstəkləməyə sadiqdir. Bu baxımdan mülki əhalinin həyatının və təhlükəsizliyinin qorunması hər zaman əsas prinsip kimi qəbul olunur.

BMMT, həmçinin Azərbaycanın təşkilat çərçivəsində konstruktiv rolunu yüksək qiymətləndirərək regional və beynəlxalq mülki müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini bir daha vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Pakistan xarici işlər naziri Azərbaycana dron hücumundan dərin narahatlığını bildirib
Next: Pakistan Türkiyə və Azərbaycana qarşı hücumlarla bağlı narahatlığını ifadə edib

Oxşar xəbərlər

ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
ilham mahmud abas
  • Siyasət

İlham Əliyev Fələstin prezidentini təbrik edib

User 15 Noyabr 2026 - 12:00
xin
  • Siyasət

Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib

User 13 Noyabr 2026 - 13:02

xƏBƏR

ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. Təbrikdə deyilir: “Hörmətli radio və televiziya işçiləri, Azərbaycan...
Read more about Prezident televiziya və radio işçilərini təbrik edib
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.