Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib

User 13 Noyabr 2026 - 13:02
xin

Azərbaycan Dublində “Avropa Siyasi Birliyi”nin üç sənədinə qoşulmayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin “Avropa Siyasi Birliyinin” 9-cu Zirvə toplantısı zamanı qəbul olunmuş sənədlərlə bağlı medianın sualına cavabında bildirilib.

“Noyabrın 12-də Dublin şəhərində “Avropa Siyasi Birliyi” (EPC) Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü əsasında irəli sürülmüş “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə”, “Miqrasiya haqqında Bəyanata” və “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına” bir sıra ölkələr qoşulub.

Məlumdur ki, EPC ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqi məqsədi daşıyan qeyri-rəsmi dialoq platforması kimi formalaşıb. Ölkəmizin EPC-də iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə etmək və iştirakçı ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bununla əlaqədar, Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb”, – deyə A.Hacızadə qeyd edib.

Qeyd edək ki, Dublində “Avropa Siyasi Birliyinin” 9-cu Zirvə toplantısı zamanı bir sıra ölkələr tərəfindən Avropa təhlükəsizliyi, miqrasiya və narkotik maddələrin dövriyyəsi ilə bağlı sənədlər qəbul edilib.

AzPost.az

Post navigation

Previous: Media və Yayım Şurası açıqlama yaydı
Next: Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı

Oxşar xəbərlər

ilham avropa iti prez
  • Siyasət

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb

User 13 Noyabr 2026 - 08:54
ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
ilham pasinyan
  • Siyasət

Dublində İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

User 12 Noyabr 2026 - 18:46

xƏBƏR

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı

User 13 Noyabr 2026 - 13:14
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensi İranla bağlı danışıqlar prosesindən uzaqlaşdırıb. Azpost.info bildirir ki, bu...
Read more about Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı
Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib xin
  • Siyasət

Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib

User 13 Noyabr 2026 - 13:02
Media və Yayım Şurası açıqlama yaydı media yayim açlqma
  • Media

Media və Yayım Şurası açıqlama yaydı

User 13 Noyabr 2026 - 12:50
BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ f8e84ed9-4848-4959-845c-5ea0aba15c0c
  • Sosial

BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ

User 13 Noyabr 2026 - 12:48
Pensiya sistemində ciddi dəyişiklik – Dövlətin pulu azalıb, ödənişlər artır / TƏHLİL pensiya esas
  • Baş Yazı

Pensiya sistemində ciddi dəyişiklik – Dövlətin pulu azalıb, ödənişlər artır / TƏHLİL

User 13 Noyabr 2026 - 12:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.