Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Qızılın qiyməti bahalaşıb

User 06 Mart 2026 - 14:31
qizil

Yaxın Şərqdə münaqişənin genişlənməsi ilə bağlı artan qeyri-müəyyənlik fonunda investorların təhlükəsiz aktivlərə yönəlməsi nəticəsində qızılın qiyməti bahalaşıb.

Martın 6-da Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 49,3 dollar artaraq 5 128,2 dollara çatıb.

ABŞ dollarının zəifləməsi digər valyutalara sahib investorlar üçün dollarla qiymətləndirilən qızılı daha əlçatan edib.

Analitiklərin sözlərinə görə, geosiyasi risklər azalmır və hətta gərginliyin daha da artması ehtimalı var. Qeyd olunub ki, İranın xarici işlər nazirinin son müsahibəsində İran qüvvələrinin ABŞ və ya İsrail tərəfindən mümkün quru əməliyyatına hazır olduğunu bildirməsi qızılın qiymətinin artımına təsir edən amillərdən biridir. Ənənəvi olaraq təhlükəsiz investisiya aləti sayılan qızıl geosiyasi və iqtisadi qeyri-müəyyənlik fonunda ilin əvvəlindən indiyədək təxminən 18 faiz bahalaşaraq ardıcıl rekord səviyyələrə çatıb.

Analitiklərin fikrincə, qızılın qiyməti yaxın müddətdə dəyişkən qalacaq. Ancaq 5280 dollarlıq səviyyə aşılacağı təqdirdə qiymətlərin 5448 dollara qədər yüksəlməsi mümkündür.

Bu həftə Hindistanda fiziki qızıla tələbat qiymətlərin kəskin dəyişməsi səbəbindən azalıb. Çində isə investisiya tələbinin artması fonunda tətbiq olunan əlavə qiymət sabit qalıb. İnvestorlar indi ABŞ-də fevral ayı üzrə məşğulluq hesabatının açıqlanmasını gözləyirlər.

Digər qiymətli metallarda da qiymətlər artıb. Belə ki, gümüş 2,4 faiz bahalaşaraq bir unsiya üçün 83,89 dollar olub. Platin 1,4 faiz bahalaşaraq 2 150,70 dollara yüksəlib, palladium isə 2 faiz bahalaşaraq 1 662,72 dollara çatıb./AZƏRTAC/

AzPost.az

Post navigation

Previous: SOCAR bu Afrika dövlətinin neft -qaz yatağında pay alır
Next: Son 5 ayda qlobal ərzaq qiymətləri ilk dəfə artıb

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.