“Tankerlər Hörmüz boğazından keçə bilməsə, neftin qiyməti 150 dollara çatacaq“.
Azpost.info bildirir ki, bu barədə Qətərin enerji naziri Səəd Şəridə əl-Kaabi bildirib.
“Tankerlər Hörmüz boğazından keçə bilməsə, neftin qiyməti növbəti iki-üç həftə ərzində barel üçün 150 dollara, qazın qiyməti isə təxminən dörd dəfə artaraq MVt/saat üçün 117 avroya çata bilər”deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, ABŞ və İsrail arasında İranla münaqişə qlobal iqtisadiyyatı çökdürə bilər: Fars körfəzi ölkələri istehsalı dayandırsa, enerji qiymətləri kəskin şəkildə artacaq.
Münaqişə tez bir zamanda bitsə belə, Qətərin İranın ən böyük LNG zavoduna dron hücumundan sonra normal təchizatı bərpa etməsi bir neçə həftə və ya ay çəkəcək.