Fransa prezidenti Makron Azərbaycan dilində paylaşım etdi-FOTO

Fransa prezidenti Emmanuel Makron Azərbaycan dilində paylaşım edib.

Azpost.info bildirir ki, Fransa rəhbəri X platformasında paylaşımında Prezident İlham Əliyevə telefon danışığı barədə yazıb.

“Bölgə rəhbərləri ilə apardığım məsləhətləşmələr çərçivəsində Prezident İlham Əliyevlə söhbət etdim və ölkəsinə yönəlmiş İran zərbələrindən sonra ona dəstəyimizi və həmrəyliyimizi ifadə etdim. Həmçinin, vətəndaşlarımızın təxliyəsini asanlaşdırmaq üçün Azərbaycanın göstərdiyi yardıma görə ona təşəkkür etdim. Bu fürsətdən istifadə edərək, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə dəstəyimizi və Bakı ilə ikitərəfli dialoqumuzu daha möhkəm əsaslar üzərində davam etdirmək istəyimizi bir daha vurğuladım”-deyə Makron yazıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.