“Müharibənin bitmə qərarını Netanyahu ilə birgə verəcəyik” –TRAMP

ABŞ prezidenti Donald Tramp İrana qarşı savaşın başa çatması üçün İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə qərar verəcəklərini açıqlayıb.

Azpost.info bildirir ki, Tramp bu barədə “The Times of Israel” qəzetinə verdiyi müsahibədə danışıb.

“Mən və Netanyahu olmasaydı, İran İsraili və onunla əlaqəli hər şeyi məhv edərdi. Biz birlikdə çalışdıq. İsraili məhv etmək istəyən bir ölkəni məhv etdik. İranla müharibənin nə vaxt bitəcəyi ilə bağlı qərar qismən qarşılıqlı olacaq. Uyğun vaxtda qərar verəcəyəm, amma Netanyahunun mövqeyi nəzərə alınacaq”, – deyə Tramp deyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.