Kartla ev və obyekt alanlara 7 milyon manat ƏDV geri qaytarılıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 6 milyon 715,7 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.