Putinin xüsusi nümayəndəsi gözlənilmədən ABŞ-a gəldi –Danışıqlar aparacaq

Kremlin xüsusi elçisi Kirill Dmitriyev Tramp administrasiyası ilə görüşmək üçün ABŞ-a gəlib.

Azpost.info bildirir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putinin xüsusi elçisi Kirill Dmitriyev Tramp administrasiyasının nümayəndələri ilə danışıqlar aparmaq üçün Floridaya gəlib. Agentliyin mənbələri bildirib ki, görüşlər ABŞ-Rusiya İqtisadi İşçi Qrupunun bir hissəsi kimi keçiriləcək.

Dmitriyevin ABŞ-a səfəri rəsmi olaraq elan edilməyib.

Etibarlı mənbə TASS-a Dmitriyevin Floridaya gəlişini təsdiqləyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.