Təzyiqi olanlar kəsmiyi ehtiyatla yeməlidir –Dietoloq

Faydalı xüsusiyyətlərinə və yüksək protein tərkibinə baxmayaraq kəsmikdə bir çatışmamazlıq ola bilər. Bu, yüksək duz tərkibidir.

Azpost.info bildirir ki, bu barədə dietoloq Rob Hobson  The Independent-ə verdiyi müsahibədə izah edib.

O, istehsal prosesinə görə kəsmiyin qatıqdan daha çox natrium ehtiva edə biləcəyini deyib. Çünki bişirmə prosesi zamanı duz əlavə olunur.

Mütəxəssis qeyd etdi ki, bir standart kəsmik porsiyasında təxminən 300-400 milliqram natrium var. Bu miqdar sağlam insanlar üçün təhlükəsiz hesab olunur, lakin duz qəbulunu məhdudlaşdırmaq istəyənlər, xüsusən də yüksək təzyiqi olanlar üçün arzuolunmaz ola bilər.

Hobson vurğulayıb ki, hipertoniyası olan insanların kəsmikdən tamamilə imtina etmələri vacib deyil. Lakin pəhrizlərini planlaşdırarkən duz tərkibini nəzərə almaq vacibdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.