İsrail İranda 150 hərbi obyektə zərbə endirdiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələri martın 13-də İsrail Hərbi Hava Qüvvələrinin İranın mərkəzi və qərb bölgələrində 150 hərbi obyektə zərbələr endirdiyini açıqlayıb.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Hədəflər arasında silah anbarları, onlarla ballistik raket və buraxılış qurğuları, pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar, hava hücumundan müdafiə sistemləri və silah istehsalı obyektləri olduğu bildirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.