Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Türkiyə İrandan atılan raketlərin buraxılış yerlərini tapdı –

User 15 Mart 2026 - 12:00 (Last updated: 15 Mart 2026 - 10:56)
IRAN RAKET

Türkiyə ayın əvvəlindən bəri hava məkanında ələ keçirilən üç İran ballistik raketinin buraxılması yerlərini müəyyən edib.

“STAR” qəzetinin yazdığına görə, Tehranın raket hücumlarında iştirak etmədiyi ilə bağlı açıqlamalarına baxmayaraq, Ankara ilk raketin martın 4-də Tehranın şimal-şərqindən atıldığına dair açıq məlumatlar əldə edib. İkinci ballistik raket martın 9-da İran paytaxtının qərbindən, üçüncüsü isə martın 13-də Tehranın şimal-qərbindən atılıb.

“Raketlərin buraxılması əsasən İİKK qüvvələrinin yerləşdiyi ərazilərdən həyata keçirilib. Məqsəd, ehtimal ki, “İncirlik” aviabazası, həmçinin Tehranın fikrincə, İran ordusunun hərəkətlərini izləyən NATO-nun “Kürəcik” radarı olub”, – deyə qəzet yazır.

Nəşr Ankaradakı təhlükəsizlik mənbələrinə istinadən qeyd edir ki, İran tərəfinə Türkiyənin ballistik raketlərin ələ keçirilməsinə “təmkinli yanaşmasının” hadisəyə “məhdudiyyətsiz tolerantlıq nümayişi” kimi qəbul edilməməli olduğu barədə açıq bir siqnal verilib. “Türkiyə milli təhlükəsizliyi təmin etmək üçün kifayət qədər gücə malikdir və şübhə etmədən bütün zəruri tədbirləri görəcək”, – deyə nəşr Ankaradakı mənbələrin mövqeyinə istinadən bildirib.

Həmçinin qeyd olunur ki, gərginliyin artması fonunda İran ölkəni biri-birindən asılı olmadan hərbi əməliyyat aparan yeddi-səkkiz məsuliyyət zonasına bölünməsini nəzərdə tutan “mozaikalı təhlükəsizlik sistemi”nə keçib. “Bu o deməkdir ki, istənilən qruplardan biri qonşu dövlətlərə hücumlarda iştirakını inkar edə bilər. İran İraq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman və digər ölkələrə hücumlardan sonra məhz belə hərəkət etdi “, – deyə nəşrdə daha sonra bildirilir.

AzPost.az

Post navigation

Previous: Pensiya sistemində böyük dəyişiklik planlaşdırılır –
Next: Bazarlarda VÖEN-siz ticarətin nə qədər cəriməsi var?

Oxşar xəbərlər

ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.