Laricaninin başına 10 milyon dollar mükafat qoyulmuşdu, amma biz bunu havayı etdik –XİN rəhbəri

İsrail Müdafiə Qüvvələri (IDF) İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymani və onun müavini məhv edib.

Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Estoniyanın xarici işlər naziri ilə birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, “İsrail ordusu İranın yüksək vəzifəli şəxslərinə zərbə endirməklə rejimin terror fəaliyyətinə qarşı ciddi addımlar atıb”.

Saar qeyd edib ki, İranda azadlıq istəyən xalqa qarşı repressiyaların başında duran bu şəxslərin öldürülməsindən sonra indi iranlılar “daha təhlükəsiz” vəziyyətdədir.

“Əli Laricaninin başına 10 milyon dollar mükafat qoyulmuşdu, lakin biz bunu havayı etdik”, – o əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.