“Azad Azərbaycan” (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.
Azpost.info bildirir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, “Bizimləsən” və “Rəngarəng” proqramları efirdən çıxarılıb.
Kanalın mətbuat xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat doğrudur: “Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib”.
Eyni zamanda, Oxu.az-ın özəl mənbələrdən əldə etdiyi digər məlumata görə, ARB kanalında da ciddi efir dəyişikliklərinin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.