“İstənilən xarici təcavüzkar Kubada böyük müqavimətlə qarşılaşacaq“.
Azpost.info bildirir ki, bu barədə Kuba prezidenti Migel Dias-Kanel bunu sosial mediada yazıb. O, ABŞ prezidenti Trampın Kubaya yönəlik hədələrini qəbul etmədiklərini vurğulayıb.
“ABŞ hər gün açıq şəkildə Kubanı konstitusiya quruluşunun zorakılıqla devrilməsi ilə hədələyir. Onlar hiddət doğuran bəhanədən istifadə edirlər: Ciddi məhdudiyyətlər üzündən zəifləmiş iqtisadiyyatla. Bu sanksiyalarla ABŞ 60 ildən çoxdur ki, Kubanı təcrid etməyə çalışır”- deyə Kuba prezidenti yazıb.
Prezident yazıb ki, ABŞ ölkəni, onun resurslarını, əmlakını və hətta iqtisadiyyatın ələ keçirmək planlarını elan edir və Kubanı təslim olmağa məcbur etmək üçün boğmağa çalışırlar.
“Bütün xalqa qarşı kollektiv cəza kimi istifadə edilən qəddar iqtisadi müharibəni yalnız bu izah edə bilər. Ən pis ssenari ilə üzləşən Kuba istənilən xarici təcavüzkarın qarşısıalınmaz müqavimətlə qarşılaşacağına əmindir”, – deyə Kuba prezidenti qeyd edib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Kubaya hücum etmək istədiyini bildirmişdi.