epa08268294 Vermont Senator and Democratic Presidential candidate Bernie Sanders speaks during his primary night event on Super Tuesday at the Champlain Valley Exposition in Essex Junction, Vermont, USA, 03 March 2020. Fourteen states are holding their primaries with more than one third of the total pledged delegates in the Democratic primaries to be awarded on Super Tuesday. EPA-EFE/CJ GUNTHER
ABŞ senatoru Berni Sanders Konqresin yeni tərkibində demokratları ABŞ-ın İrana qarşı müharibəsinin maliyyələşdirilməsini dayandırmağa çağırıb.
Sanders cümə günü CNN telekanalına müsahibəsində bildirib ki, müharibəni dayandırmaq üçün yalnız müvafiq qətnamələrin qəbul edilməsi kifayət deyil, onun maliyyə mənbələri də kəsilməlidir.
“Biz bu müharibəni təkcə qətnamələr qəbul etməklə deyil, həm də onu maliyyələşdirməyi dayandırmaqla bitirəcəyik. Məhz belə də etmək lazımdır”, – deyə senator vurğulayıb.
Onun sözlərinə görə, müharibə qanunsuzdur və ABŞ Konstitusiyasına ziddir. Sanders qeyd edib ki, münaqişə nəticəsində 19 amerikalı hərbçi həlak olub. İran və qonşu ölkələrdə isə minlərlə kişi, qadın və uşaq həyatını itirib.
Senatorun bildirdiyinə görə, müharibə ABŞ-a yüz milyardlarla dollara başa gəlib.
Vermont ştatından olan müstəqil senator demokratların Senat fraksiyasına daxildir. O, sosial şəbəkələrdəki paylaşımında bildirib ki, aralıq seçkilərdə amerikalı seçicilər hakimiyyətə müharibənin dayandırılması zərurəti ilə bağlı “aydın mesaj” göndəriblər.
