İstedadları üzə çıxarmaq Mədəniyyət Nazirliyinin əsas prioritetidir.
Bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin martın 18-də “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə bildirib.
“Bu məsələdə bir təşəbbüsü qeyd etmək istəyirəm. Uşaq İncəsənət Festivalı incəsənət Olimpiadası formasında keçiriləcək. Qaliblər imtahansız ali təhsil müəssisələrinə qəbul ola biləcək”, – deyə nazir əlavə edib.