Yaz mövsümündə yeməli olduğunuz üç əsas tərəvəz –Mütəxəssis şərhi

Baharda qida menyusuna erkən yetişən göyərtilər, sitrus meyvələri və bəzi tərəvəzlər əlavə edin.

Azpost.info bildirir ki, bu barədə dietoloq və qidalanma üzrə mütəxəssis Sofiya Kovanova aif.ru saytına verdiyi müsahibədə tövsiyə edib.

Mütəxəssis qeyd edib ki, yazda enerji səviyyəsinin aşağı düşməsi müşahidə edilə bilər. Bu da D vitamini, dəmir, B vitaminləri və maqneziumun yüngül çatışmazlığından qaynaqlanır.

“Yazda qidanıza erkən yetişən göyərtilər əlavə etməlisiniz: ispanaq, rukkola və yaşıl soğan. Bunlar immuniteti və maddələr mübadiləsini dəstəkləyən folat, C vitamini və antioksidantların yaxşı mənbəyidir. Turp və şalğam həzmi stimullaşdırır və C vitamini və lif təmin edir, lakin mədə-bağırsaq xəstəlikləri olan insanlar onları qədərində yeməlidirlər”, – deyə Kovanova izah edib.

Yazda qidanıza C vitamini, lif və K vitamini mənbəyi olan kələm əlavə etmək də vacibdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.