Avropada təbii qazın qiyməti 850 dolları ötdü

Yaxın Şərq ölkələrindəki qaz infrastrukturlarına zərbələr fonunda bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə olaraq 850 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 19 mart tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 854 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 30% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.