ABŞ İran neftinin satışına icazə verib

ABŞ hakimiyyəti artıq dənizdə tankerlərdə saxlanılan İran neftinin satışına icazə verən lisenziya verib.

Bu barədə ABŞ maliyyə naziri Skott Bessent “X” sosial şəbəkəsində yazıb.

“Bu gün Maliyyə Nazirliyi dənizdə olan İran neftinin satışına icazə verən qısamüddətli, məhdud məqsədli icazə verir”, – deyə o bildirib.

S.Bessent onu da deyib ki, bu tədbirlərin “təxminən 140 milyon barel neftin qlobal bazarlara sürətli çatdırılmasına imkan verəcəyi” gözlənilir.

Nazir vurğulayıb ki, lisenziya İranla yeni sövdələşmələrə icazə vermir və “yalnız artıq nəql olunan neftə” şamil olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.