Messinin daha bir nadir nailiyyəti

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də Nyu-York Sitiyə qarşı keçirilən oyunda (3:2) cərimə zərbəsindən qol vurub.

QOL.az championat.com-a istinadən xəbər verir ki, bu, argentinalı ulduzun karyerasında standart vəziyyətlərdən vurduğu 71-ci qol olub. Bununla da o, Peleni (70 qol) geridə qoyaraq bu göstəricidə futbol tarixində ikinci pilləyə yüksəlib.

Siyahıya isə hələ də 77 qolla braziliyalı Juninho Pernambucano başçılıq edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.