Lənkəranda yol qəzasında ər-arvad xəsarət alıb

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtoqəza yeni Ələt–Astara magistralının 161-ci km-də, Lənkəran rayonun Girdəni kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Faiq Məmmədlinin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil idarəetməni itirib. Nəqliyyat vasitəsi magistraldan çıxaraq yol kənarındakı su kanalının üzərində aşıb və əkin sahəsinə düşüb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Xanım Məmmədli xəsarət alıblar. Xəsarət alanlar deformasiyaya uğrayan avtomobildən çıxarılıb. Onlar təcili tibbi yardım tərəfindən Lənkəran xəstəxanasına hospitalizasiya olunublar. Qadın reanimasiya şöbəsinə yerləşdirilib. /APA/

Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.