İtaliyada “ilin qarəti” –3 dəqiqəyə 9 milyonluq 3 əsər oğurlandı

İtaliyada Parma yaxınlığındakı özəl Magnani Rocca Muzeyindən məşhur rəssamların təxminən 9 milyon avro dəyərində üç əsəri oğurlanıb.

Azpost.info bildirir ki, söhbət Renuarın “Balıq”, Sezannın “Albalı ilə natürmort” və Matissin “Terrasda Odaliske” əsərlərindən gedir.

Polisin məlumatına görə, qarət 22-23 mart gecəsi baş verib. Başlıqlı paltarda olan oğrular giriş qapısını sındırıb, içəridə təxminən üç dəqiqə olublar, sonra qaçıblar.

Oğurluq yalnız bir neçə gün sonra aşkar edilib. Muzey həmin müddət ərzində həmişəki kimi açıq olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.