Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Azərbaycana xəyanət edən “alim” kimin himayəsində olub?

User 28 Mart 2026 - 17:04 (Last updated: 01 Aprel 2026 - 10:14)
iqbal

44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı Azərbaycanın əsas problemi erməni separatçılığını məhv etməklə yanaşı, təsiri ilə alovlandırılan digər regional separatçılıq meyillərini də əsaslı dərəcədə boğdu. Təbii ki, bu prosesdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fədakar əməkdaşlarının sistemli fəaliyyətini də unutmaq olmaz. Hazırda da məlum separatçılıq nöqtələri diqqətlə saxlanılır, mütəmadi lazımi tədbirlər görülür.

Son dövrlərin qaynar gündəmləri fonunda altdan-altdan bir şəxs ətrafında əsassız, təhrif olunmuş və süni şişirməyə köklənmiş obraz yaratma əməliyyatını müşahidə etməkdəyik. Bu şəxs bir sıra dağıdıcı separatçı əməllərinə görə ifşa edilmiş və DTX tərəfindən xüsusi əməliyyatla saxlanmış əməllərinin inkarı mümkünsüz olan İqbal Əbilovdur.
Bəzi marjinal qrup və platformaların təkidlə “tarixçi-alim” kimi sırımağa çalışdıqları İqbal Əbilovun əslində əsas hədəfinin separatçılıq olduğu artıq danılmaz faktdır.
Baku TV sözügedən dairələrin reallığı təhrif etmək və ictimaiyyəti aldatmaq cəhdlərini nəzərə alaraq İqbal Əbilov haqqında açıq mənbələrdən topladığı və redaksiyasına daxil olan bir sıra faktları ictimailəşdirmək qərarına gəlib.
Araşdırmalar göstərir ki, separatçı ideyalarla yüklənmiş “tarixçi-alim” kamuflyajlı İqbal Əbilov əslində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Qarnik Asatryana maşalıq etmiş əmisi Kahin Əbilovun himayəsində böyüyüb. Onun çürük, içiboş və zəhərli ideyalarını mənimsəyib və Ermənistan xüsusi xidmət orqanlarının təsiri altında formalaşaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə nifrətə köklənib. İqbal Əbilovun təhsili, dünyagörüşü və seçdiyi peşə də uzun illər ərzində Qarlik Asatryanın dolayı təlimatları ilə formalaşıb.
İqbal Əbilov “tarixçi” kimliyi arxasında gizlənərək uzun müddət əslini gizlətməyə nail olmaqla yanaşı, həm də fəaliyyətini genişləndirməyə, Azərbaycan əleyhinə şəbəkələşmədə rol oynamağa, həmçinin zəhərli ideyalarını Azərbaycan və ondan kənarda yaşayan bir qrup gəncin dünya görüşünə təlqin etməyə nail olub.
İqbal Əbilovun uzunmüddətli anti-Azərbaycan fəaliyyətinin ən böyük “uğur”u isə onun separatçı dünyagörüşlü şəxs və qruplar arasında uğurlu koordinatora çevrilməsi, bir sıra hallarda isə əsas təşkilatçı kimi çıxış etməsi olub.
İqbal Abilovun qısa müddətdə separatçı xəyanətkar çevrələrdə özünə yer etməsi yalnız onun şəxsi qabiliyyətləri hesabına olmayıb. Həmçinin qısa müddətdə Qarnik Asatryanın etimadını qazanmağa nail olan İqbal bir müddət sonra özü də müstəqil şəkildə birbaşa Ermənistan və digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə başlayıb və onların tapşırıqlarını icra etməyə nail olub.
Qeyd edək ki, məhkəmənin hökmü ilə Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xarici ölkədə yaşamış İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

AzPost.az

Post navigation

Previous: Hansı pəhrizlər sağlamlıq üçün təhlükəlidir?
Next: Ermənistan və İran XİN rəhbərləri vəziyyəti müzakirə edib

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.