Fars körfəzi ölkələri neft ixracı üçün yeni marşrutları nəzərdən keçirir

Fars körfəzi ölkələri İran ətrafındakı münaqişə və tədarükdə mümkün fasilə riskləri fonunda Hörmüz boğazını yan keçən neft kəmərlərinin tikintisi imkanını nəzərdən keçirirlər.

Bu barədə mənbələrə istinadən Financial Times (FT) məlumat yayıb.

Məlumata görə, yeni marşrutlar boğazdan asılılığı azalda bilər, lakin onların reallaşdırılması bahalı olacaq və illər tələb edəcək. Bu fonda regionda mövcud infrastrukturun genişləndirilməsi də müzakirə olunur, o cümlədən Səudiyyə Ərəbistanının “Şərq–Qərb” neft kəməri. Nəşr qeyd edir ki, əvvəllər bu cür layihələr yüksək maliyyət və mürəkkəblik səbəbindən təxirə salınırdı, lakin hazırkı böhran alternativ ixrac marşrutlarına marağı artırıb. Qərarlar Hörmüz boğazı ətrafındakı vəziyyətin inkişafından asılı olacaq.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bildirib. ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektləri də zərbələrə məruz qalıb. İran hakimiyyəti ABŞ, İsrail və islam respublikasına qarşı əməliyyatları dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı verib. Münaqişə müddətində boğazdan Tehranın icazəsi olmadan keçən bir sıra tanker hücuma məruz qalıb. Martın 25-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran dost ölkələr, o cümlədən Rusiya, Hindistan, İraq, Çin və Pakistan üçün Hörmüz boğazından keçidi açıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.