Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Tərtər işi” ilə bağlı hərbçiyə təzminat ödəniləcək –

User 04 Aprel 2026 - 11:05 (Last updated: 04 Aprel 2026 - 11:05)
veteran pulu

veteran pulu

2017-ci ildə baş verən Tərtər hadisələrinin zərərçəkmiş hərbçilərindən daha birinə təzminat ödəniləcək.
“Qafqazinfo”nun məlumatına görə, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Vüsal Abdullayev mənəvi ziyana görə 300 min manat təzminat tələb edib.
Hərbçi iddia ərizəsində yazıb ki, həmin hadisələr vaxtı qanunsuz olaraq 1 ay qapalı şəraitdə saxlanılıb, müxtəlif əzab-iztirablara məruz qalıb. 2021-ci ildə “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra isə o da zərərçəkmiş qismində tanınıb.
Abdullayev çəkdiyi mənəvi sıxıntı və iztiraba görə kompensasiya almaq hüququ olduğunu bildirib, bu əsasla tələb etdiyi məbləğin ödənilməsini istəyib.
Cavabdeh qismində tanınmış Maliyyə Nazirliyi isə iddia tələbinə etiraz edib. Əvvəlki hallarda olduğu kimi, bu dəfə də etirazını iddiaçı hərbçinin nazirliyin hərəkətləri nəticəsində zərər çəkmədiyini bildirməklə əsaslandırıb.
Nəsimi Rayon Məhkəməsi yekunda iddianı qismən təmin edib. Vüsal Abdullayevə vəkil xərcləri ilə birlikdə 16 min manat təzminat ödənilməsinə qərar verilib.

AzPost.az

Post navigation

Previous: Gəncədə mənzildə 27 yaşlı gəncin meyiti tapılıb
Next: “Küçə mədəniyyəti” yoxsa vandalizm?

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Türkiyənin Ankara şəhərindəki məhkəmə İstanbulun sabiq meri Əkrəm İmamoğlunu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin noyabrında...
Read more about Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.