Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Keçmiş XİN rəhbəri Məhəmməd Zərif İranı müharibəni dayandırmağa çağırıb

User 04 Aprel 2026 - 19:45 (Last updated: 04 Aprel 2026 - 19:45)
zerif
İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin ötən gün İran hakimiyyətinə müharibəni dayandırmağı təklif etməsi ona qarşı tənqidləri artırıb.
Xüsusilə ultrakonservatorlar Zərifi ölkənin milli maraqlarına xidmət etməməkdə suçlayıblar. Əli Xameneinin tərəfdarlarından sayılan Səid Haddadian Zərifi “casus” adlandırıb və ona “Foreign Affairs”də dərc olunan məqaləsində “səhv etmişəm” deməsi üçün üç gün verdiyini deyib.
Xameneyi tərəfindən “Keyhan” qəzetinə baş redaktor təyin edilmiş Hüseyn Şəriətmədari isə Zərifin təklifini “İran düşmənlərinin təslimçilik təlimatı” adlandırıb. O həmçinin məhkəmə hakimiyyətini müdaxiləyə çağırıb.
Mühafizəkar olan keçmiş deputat Əli Motahari isə hazırda müharibənin bitmə vaxtı olmadığını deyib və əlavə edib: “Laricani də müharibənin ortasında diplomatiyaya üstünlük verirdi”.
Zərif ötən gün “Foreign Affairs” jurnalındakı məqaləsində İranın qələbəsini elan edib, razılaşma əldə etməyə çağırıb. O, İranın nüvə qabliyyətini limitləməyi, əvəzində ABŞ-dən bütün sanksiyaların ləğvinə nail olmağı əldə etməyə çağırıb.
Prezident Ruhani hökumətində təmsil olunmuş Zərif “altılıq” ölkələri ilə aparılan nüvə danışıqlarının əsas aparıcı qüvvəsi olub. Məhz onun XİN rəhbəri olduğu dönəmdə tərəflər Vyana sazişini imzalayıblar. Prezident Trampın birinci hakimiyyəti dönəmində isə ABŞ bu razılaşmadan çıxıb. Zərif Pezeşkian hakimiyyətində də təmsil olunsa da sonradan edilən təzyiqlərdən sonra o vəzifəsindən gedib.

AzPost.az

Post navigation

Previous: Qasım Süleymaninin qardaşı qızı və onun övladı ABŞ-da həbs edilib
Next: Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib

Oxşar xəbərlər

abs secki
  • Dünya

ABŞ-da Demokratların qələbəsinə dünya liderləri necə reaksiya verdi?

User 04 Noyabr 2026 - 18:50
peskov
  • Dünya

Melaniya Trampla görüşə Rusiyadan kimlər gedəcək? – Kreml adları açıqladı

User 04 Noyabr 2026 - 18:22
mucteba xameneyi
  • Dünya

Xameneyi ABŞ-ı təhdid etdi

User 04 Noyabr 2026 - 16:44

xƏBƏR

abs secki
  • Dünya

ABŞ-da Demokratların qələbəsinə dünya liderləri necə reaksiya verdi?

User 04 Noyabr 2026 - 18:50
Müxtəlif ölkələrin hökumətləri və siyasətçiləri ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsinə münasibət bildiriblər. Onlar bu nəticələrin...
Read more about ABŞ-da Demokratların qələbəsinə dünya liderləri necə reaksiya verdi?
33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır? felaket
  • Sosial

33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır?

User 04 Noyabr 2026 - 18:36
Melaniya Trampla görüşə Rusiyadan kimlər gedəcək? – Kreml adları açıqladı peskov
  • Dünya

Melaniya Trampla görüşə Rusiyadan kimlər gedəcək? – Kreml adları açıqladı

User 04 Noyabr 2026 - 18:22
Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ soyutma
  • Sosial

Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ

User 04 Noyabr 2026 - 17:56
Qarlı meşədə günlərlə itkin düşən 6 yaşlı uşaq tapıldı usaq itkin
  • Sosial

Qarlı meşədə günlərlə itkin düşən 6 yaşlı uşaq tapıldı

User 04 Noyabr 2026 - 17:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.