İran yeni gizli silahından istifadə edəcəyini elan edib –"Əməliyyata son qoyacaq!"

İran yeni gizli silahın tətbiqini elan edib.

Azpost.info bildirir ki, bu barədə “İranlı jurnalistin gündəliyi” Telegram kanalında general-mayor Abdüllahi bəyan edib.

Telegram kanalı general-mayor Abdüllahinin sözlərini sitat gətirib: “Tezliklə yeni, gizli silahın istifadəsinə başlanacaq və bu, düşmən əməliyyatlarına son qoyacaq” deyə bildirib.

Qeyd edək ki, 7 apreldə ABŞ prezidenti Donald Tramp İran ərazisinə vəd etdiyi zərbələrlə “bütöv bir sivilizasiyanın” məhv ediləcəyini bəyan edib.

“Bu gecə (8 aprel) bütün bir sivilizasiya məhv olacaq və o, heç vaxt geri qaytarılmayacaq. Mən bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək”, o, özünün Truth Social səhifəsində yazıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.