Qadınlar üçün müddətdən artıq həqiqi hərbi xidmət 3 ildən 6 ayadək azaldılıb

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan ilkin bağlaşma müddəti 3 ildən 6 ayadək azaldılıb.

Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib. Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 12-ci maddəsinin “b” bəndində də nəzərdə tutulub.

Qanuna əsasən isə qadınlarla bağlanan ilkin bağlaşma müddəti 3 ildən 6 ayadək azaldılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.