Nazir komandiri idarə rəisi təyin etdi

Bakıda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı Hərbi Hissəsinin komandiri vəzifəsindən azad edilib.
Qaynarinfo-nun məlumatına görə, nazir, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, polkovnik Mustafayev Zəfər Rəcəb oğlu vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə o, Xüsusi Riskli Xilasetmə Xidmətində idarə rəisi təyin edilib.
Qeyd edək ki, Zəfər Mustafayev rəhbərlik etdiyi komanda ilə 2023-cü ildə Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ zamanı insanları xilas etməsi ilə gündəmə gəlmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.