Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Data mərkəzləri Körfəz ölkələrindən Türkiyəyə köçürülə bilər

User 12 Aprel 2026 - 22:20 (Last updated: 12 Aprel 2026 - 22:01)
data-center

Yaxın Şərqdəki gərginlik və İranın Körfəzdəki Amerika texnologiya şirkətlərinin data mərkəzlərinə hücumları fonunda Qərb bulud məlumat mərkəzi infrastrukturunu Türkiyəyə köçürməyi düşünür.

3 milyard dollarlıq “Google Cloud-Turkcell” mərkəzinin təməlqoyma mərasimi may ayında Ankarada keçiriləcək və bu, Türkiyəyə rəqəmsal miqrasiya istiqamətində atılan ilk konkret addım olacaq.

Qəzet qeyd edib ki, “Ulduz qapısı” (“The Stargate”) layihəsinin bir hissəsi olaraq, Körfəz dövlətləri 2030-cu ilə qədər 500 milyard dollarlıq “rəqəmsal ekosistem” yaratmağa, vergi güzəştləri və ucuz enerji ilə texnologiya nəhənglərini cəlb etməyə çalışıblar. Lakin regiondakı qeyri-sabitlik bütün bu planları pozub.

Qəzet mürəkkəb fiber-optik xətlərdən, nəhəng soyutma sistemlərindən və dənizaltı kabellərdən istifadə edən data mərkəzlərinin təkcə fiziki hücumlara deyil, həm də elektrik kəsintilərinə qarşı olduqca həssas olduğunu qeyd edir. Nəşr Birləşmiş Ərəb Əmirliklərində və Bəhreyndə müxtəlif süni intellekt modellərinin hazırlanması və inkişafı üçün istifadə edilən data mərkəzlərinə İranın intiharçı dron hücumlarına diqqət çəkib. Qeyd olunub ki, bu, bulud xidmətlərini iflic edib və regionda genişmiqyaslı texnologiya investisiyalarının gələcəyi ilə bağlı suallar yaradıb.

Yaranan bu şəraitdə Ankara vəziyyətdən faydalanmağa çalışır.

Məqalədə Türkiyənin xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşekin xüsusi data mərkəzinin təşviqi paketi üzərində iş elan edilməsinə dair son açıqlaması vurğulanır.

“Türkiyənin potensialı rəqəmsal sənaye nəhənglərinin radarındadır. “Google Cloud” və “Turkcell” Ankarada data mərkəzi yaratmaq üçün genişmiqyaslı investisiya müqaviləsi imzalayıb. Lakin Türkiyə regionda yeganə aktor deyil. “Microsoft” Yunanıstanda yeni bulud zonaları yaradır və digər nəhənglər Polşa da daxil olmaqla Şərqi Avropa ölkələrində də eyni şeyi edir. Türkiyənin bu rəqəmsal yarışda aparıcı rol oynaması üçün sadə bir “təhlükəsizlik çətiri” kifayət deyil. İnvestorlar nüvə enerjisinin davamlı inkişafını, vergi güzəştlərini və “proqnozlaşdırıla bilən” tənzimləyici çərçivəni gözləyirlər. Bu sahələrdə qətiyyətli addımlar Türkiyəni süni intellekt dövründə qlobal data mərkəzinə çevirə bilər”, – deyə “Türkiye” qəzeti şərhini yekunlaşdırır.

AzPost.az

Post navigation

Previous: Aritmiyanın müalicəsində yeni mərhələ
Next: Orban seçkilərdə məğlub oldu –

Oxşar xəbərlər

suni intelekt is
  • Media

2035-ci ilə qədər jurnalistlərin yarısı işini itirəcək – Süni intellekt media bazarını dəyişir

User 22 Oktyabr 2026 - 17:07
ilon mask robot
  • Media

İlon Maskdan xəbərdarlıq – Süni intellekt bəşəriyyəti məhv edə bilərmi?

User 21 Oktyabr 2026 - 10:02
turk jurnalist
  • Media

Haqqında cinayət işi açılan türk köşə yazarı Azərbaycandan üzr istədi

User 16 Oktyabr 2026 - 20:44

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.