İlon Mask süni intellektin bəşəriyyət üçün ekzistensial təhlükə yarada biləcəyini istisna etməyib.
Amerikalı sahibkar İlon Mask süni intellekt (Sİ) texnologiyalarının bəşəriyyətin mövcudluğu üçün təhlükə yarada biləcəyini bildirib.
“Düşünürəm ki, bunun ekzistensial təhlükəyə çevrilməsi müəyyən qədər mümkündür. Amma mən bunu dayandırmaq üçün heç nə edə bilmərəm. Buna görə də belə qənaətə gəldim ki, iki seçimim var: ya bu prosesin iştirakçısı olmaq, ya da müşahidəçi kimi qalmaq. Düşünürəm ki, iştirakçı olmaq daha maraqlıdır”, – deyə o, amerikalı yazıçı və jurnalist Uolter Ayzeksonun podkastında bildirib.
Sentyabrın 12-də ABŞ-ın “Anthropic” texnologiya şirkətinin rəhbəri Dario Amodei qabaqcıl süni intellekt modellərinin inkişaf tempinin yavaşladılmasına çağıran məqalə dərc edib.
O hesab edir ki, süni intellekt şirkətləri qabaqcıl texnologiyalar üzərində işi əlaqələndirilmiş şəkildə yavaşlatmaqla modellər kritik inkişaf səviyyəsinə çatana qədər əlavə bir-iki il vaxt qazana və ciddi səhvlərdən qaça bilərlər.
İlon Mask və “OpenAI” şirkətinin baş direktoru Sem Altman da bu proqnozla razılaşıblar.
ABŞ prezidenti Donald Tramp isə sonradan süni intellektin inkişafının bəşəriyyətin mövcudluğu üçün təhlükə yarada biləcəyindən narahat olmadığını bildirib. O vurğulayıb ki, hazırda əsas məsələ ABŞ-ın bu texnologiyaların hazırlanması sahəsində Çin və digər ölkələr üzərində üstünlüyünü təmin etməkdir.
