Qırmızı Körpü gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçdi

Qırmızı Körpü gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Gürcüstanın İctimai telekanalı məlumat yayıb. 

Bildirilib ki, gömrük-sərhəd keçid məntəqəsindən istifadə edən bütün şəxslər koronavirus təhlükəsi ilə əlaqədar yoxlanılır, yüksək bədən temperaturu müşahidə edilən vətəndaşlara isə Gürcüstan ərazisinə daxil olmağa icazə verilmir.

Gömrük-sərhəd keçid məntəqəsindən iki İran vətəndaşının isə ölkəyə buraxılmadığı bildirilir. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir