Növbəti İran-ABŞ danışıqları Türkiyədə baş tuta bilər

İran-ABŞ danışıqlarının növbəti mərhələsi Türkiyədə və ya Misirdə baş tuta bilər.

Azpost.info bildirir ki, bu barədə Bloomberg agentliyi məlumat verir.

Agentlik qeyd edir ki, Türkiyə və Misir rəsmiləri münaqişəyə vasitəçilik ediblər və bu da görüşün bu ölkələrdən birində baş tutma ehtimalını artırır.

Agentliyin mənbələri danışıqların gələn həftə baş tuta biləcəyini bildiriblər.

AP agentliyi bildirib ki, ABŞ və İran İran münaqişəsinə son qoymaq məqsədi daşıyan razılığa gəlmək üçün danışıqların yeni mərhələsini fəal şəkildə müzakirə edirlər. Agentliyin mənbələri bildirib ki, Pakistanın paytaxtı yenidən görüşün keçiriləcəyi yer kimi müzakirə olunur. Onlar əlavə ediblər ki, danışıqlar üçün başqa bir mümkün yer Cenevrə ola bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.