Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Putin digər ölkələrə qoşun yeridə biləcək

User 14 Aprel 2026 - 22:08 (Last updated: 14 Aprel 2026 - 22:08)
putin biskek

Rusiyada Kremlin digər ölkələrdə “qanuni” şəkildə ordu yeritməsinə imkan verən xüsusi qanun hazırlanır.

Azpost.info bildirir ki, Rusiya Dövlət Duması prezident Vladimir Putuna “Rusiya vətəndaşlarını qorumaq” bəhanəsi ilə Rusiya silahlı qüvvələrini digər ölkələrə göndərmək hüququnu rəsmi olaraq verən qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Bu barədə Rusiyanın İnterfaks xəbər agentliyi və The Moscow Times məlumat yayıb.

İzaha görə, sənəd guya rusların xaricdə həbsi, saxlanılması və ya cinayət təqibi hallarında qorunması üçün hazırlanıb. Bu, Moskvada qərarları Rusiya Federasiyasının beynəlxalq müqavilələrinə və ya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmadığı təqdirdə tanınmayan xarici məhkəmələrin və beynəlxalq qurumların hərəkətlərinə aiddir.

Qanun layihəsi NATO və Avropa kəşfiyyat xidmətlərinin Rusiyanın bir və ya bir neçə ölkəsi ilə mümkün münaqişəyə hazırlıqları barədə xəbərdarlıqları fonunda təqdim edilib.

2025-ci ilin yayında Almaniya kəşfiyyat agentliyi BND-nin rəhbəri Baltikyanı ölkələrdə “Krım ssenarisi” ilə bağlı təxribat riski barədə xəbərdarlıq edib, Fransa Baş Qərargah rəisi general Fabien Mandon isə yaxın üç-dörd il ərzində Rusiya ilə mümkün toqquşmaya hazırlıq çağırışı edib.

Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinə görə, Rusiya artıq hazırlıqların “sıfır mərhələsi” adlanan mərhələsində ola bilər: hərbi rayonlar yenidən təşkil olunur, Finlandiya ilə sərhəd yaxınlığında yeni hərbi obyektlər yaradılır və Avropa ölkələrində təxribatlar, GPS-in tıxanması və digər hadisələr qeydə alınır.

Xatırladaq ki, Rusiya qanunvericiliyi qanun layihələrini Dövlət Dumasında üç oxunuşdan keçirməyi tələb edir.

AzPost.az

Post navigation

Previous: Gündə nə qədər telefonla danışmaq zərərsizdir?
Next: ABB əməkdaşının səhvi müştəriyə baha başa gəldi

Oxşar xəbərlər

rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34

xƏBƏR

Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
Qaxda 7 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. APA-nın məlumatına görə, hadisə oktyabrın 29-da Qax şəhərində...
Read more about Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.