Braziliya prezidenti Luiz İnasio Lula da Silva Vaşinqtondan gələn təzyiq və təhdid dolu bəyanatlara kəskin reaksiya verib. Dövlət başçısı vurğulayıb ki, Braziliya suveren bir ölkədir və öz xarici siyasətini kənar diktə əsasında deyil, milli maraqlarına uyğun qurur.
Lulanın sözlərinə görə, ABŞ-ın sanksiya hədələri və ya iqtisadi təzyiq cəhdləri Braziliyanın digər qlobal güclərlə, o cümlədən BRICS tərəfdaşları ilə əməkdaşlığına mane olmayacaq. Prezident qeyd edib ki, müasir dünya artıq tək qütblü deyil və heç bir ölkənin digərinə necə hərəkət etməli olduğunu buyurmaq hüququ yoxdur.
“Biz heç kimlə münaqişə istəmirik, lakin bizə nə edəcəyimizi söyləmələrinə də icazə verməyəcəyik,” – deyə Braziliya lideri bəyan edib. O, həmçinin beynəlxalq münasibətlərdə dialoqun təhdidlərdən daha effektiv olduğunu xatırladıb.