Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Cənubi Qafqaz artıq sülh mərhələsinə daxil olub –

User 17 Aprel 2026 - 13:58
hikmet antaliya

Cənubi Qafqaz artıq sülh mərhələsinə daxil olub.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev V Antalya Diplomatiya Forumunda “Dəyişən dünyada regional sahibliyin rolu” mövzusunda keçirilən panel sessiyada deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri bu gün qlobal enerji təhlükəsizliyinə xidmət edir və eyni zamanda, region ölkələrinin maraqlarını təmin edir.

O qeyd edib ki, Ermənistan–Azərbaycan münaqişəsinin həlli regional baxımdan xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan bu prosesdə liderlik nümayiş etdirib və münaqişə artıq keçmişdə qalıb. Ölkəmiz siyasi, hərbi və hərbi-siyasi vasitələrlə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır və ötən ilin avqustunda ABŞ rəhbərliyinin iştirakı ilə müvafiq saziş ilkin olaraq paraflanıb.

Hikmət Hacıyev bildirib ki, 30 il ərzində ATƏT-in Minsk qrupu tərəfindən regiona kənardan tətbiq edilən həll modeli nəticəsiz qalıb: “Bu, bir daha göstərir ki, regionda real nəticələrə yalnız yerli sahiblik və liderlik yolu ilə nail olmaq mümkündür”.

O əlavə edib ki, hazırda regionda yeni status-kvo formalaşıb və Cənubi Qafqaz sülh mərhələsinə daxil olub. Bununla yanaşı, Hikmət Hacıyev yaxın coğrafiyada yeni münaqişə ocaqlarının yarandığını da qeyd edib.

Hikmət Hacıyev regional bağlantı layihələrinin əhəmiyyətinə də toxunaraq bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə Transxəzər nəqliyyat layihələrini inkişaf etdirir.

Onun sözlərinə görə, bu istiqamətdə Bakı–Tbilisi–Qars dəmir yolu mühüm rol oynayır və Zəngəzur dəhlizi əlavə imkanlar yarada bilər.

Prezidentin köməkçisi vurğulayıb ki, regional sahiblik təcrid demək deyil, əksinə, bu yanaşma digər regionlarla əməkdaşlıq üçün geniş platforma yaradır.

AzPost.az

Post navigation

Previous: Bu gün niyə 40 yaşdan yuxarı insanlar üçün həyat getdikcə çətinləşir?
Next: Azərbaycan və Ermənistanın parlament sədrləri görüşüb

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.