İsti, yoxsa kofe buzlu: Hansı içki daha faydalıdır?

Kofein
Kofein

Bir içki daha çox antioksidant ehtiva edir və erkən qocalmanın qarşısını alır

Soyuq kofe yay aylarında xüsusilə populyarlaşır, lakin o, həqiqətənmi klassik isti kofedən daha faydalıdır? Cavab yalnız hisslərinə güvənənləri təəccübləndirə bilər.

AzPost bu barədə Health saytına istinadən məlumat verir.

Hansı içki enerjini daha yaxşı bərpa edir?

Qəhvə növləri - Həqiqini saxtadan necə ayırmaq olar? - Mütəxəssis məsləhətləri - Yeni Çağ

İsti və buzlu kofenin tərkibindəki kofein səviyyəsi fərqli ola bilər. Bu, dənəciklərin növü, üyüdülmə dərəcəsi, dəmlənmə vaxtı və hazırlanma üsulu kimi bir çox amillərdən asılıdır. Soyuq kofe adətən isti dəmlənib sonra buzla soyudulduğu üçün, buzun əriməsi nəticəsində kofein konsentrasiyası bir qədər azala bilər.

Kofein enerji səviyyəsinə təsir etsə də, temperatur da gümrahlıq hissində rol oynayır. Soyuq kofe daha çox sərinlik bəxş edir, isti kofe isə səhər saatlarında daha güclü gümrahlıq hissi yarada bilər. Qeyd edək ki, yüksək şəkərli qaymaq və ətirli əlavələr qanda şəkəri sürətlə yüksəldib, sonra eyni sürətlə düşməsinə səbəb olur.

Antioksidantlar harada daha çoxdur?

Yumuşak İçimli Sütsüz Soğuk Kahve Tarifleri - Mithra Coffee & Tea Co.

Kofe iltihabı azaltmağa kömək edən, həmçinin neyroprotektor, kardioprotektor və immun sistemini gücləndirən antioksidantlarla (kversetin və flavonoidlər) zəngindir. İsti dəmləmə üsulu kofe tozundan daha çox antioksidant, o cümlədən xlorogen turşuları çıxarmağa imkan verir.

Mədə üçün hansı daha yaxşıdır?

Kofe təbii olaraq turşulu içkidir və bu, reflüksdən (QERX) əziyyət çəkən insanlar üçün narahatlıq yarada bilər. Bu məsələdə simptomlar fərdi olsa da, soyuq kofe mədə üçün daha yüngül və yumşaq seçim hesab olunur.

Özünüz üçün düzgün kofeni necə seçməli?

Bu kofelər sizi kökəldə bilər - SƏBƏB

İsti kofe daha yüksək antioksidant səviyyəsinə malikdir, soyuq kofe isə daha az turşulu olduğu üçün mədəyə mülayim təsir edir. İsti içkilər sakitləşdirici təsir bağışlayıb həzmə kömək etdiyi halda, soyuq içkilər yay aylarında bədənin su balansını qorumağa və sərinləşməyə daha çox kömək edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.