Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu

User 22 Aprel 2026 - 15:43 (Last updated: 22 Aprel 2026 - 15:43)
aqc fo

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvləri, ictimaiyyət nümayəndələri və media mənsublarının iştirakı ilə qurumun yenilənmiş aqc.az internet saytının rəsmi təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AQC sədri Vüqar Oruc rəqəmsallaşma dövründə qiymətləndirmə sektorunun şəffaflığının təmin edilməsində texnoloji yeniliklərin rolundan bəhs edib. V. Oruc qeyd edib ki, yeni platforma cəmiyyətin fəaliyyətinin beynəlxalq standartlara inteqrasiyası və ictimaiyyət üçün daha əlçatan olması istiqamətində mühüm addımdır:

media-5r4a8595

“Məqsədimiz həm peşəkar qiymətləndiricilər, həm də dövlət və özəl sektor nümayəndələri üçün vahid, etibarlı və operativ məlumat mənbəyi yaratmaqdır. Yeni sayt bu sahədəki dağınıqlığı aradan qaldıracaq və peşəkar fəaliyyətin monitorinqinə töhfə verəcək.”

Vüqar Oruc çıxışında media nümayəndələrinə təşəkkür edərək AQC-nin fəaliyyətinin işıqlandırılmasında yaxından iştirak etdiklərini və bununla da təşkilatın fəaliyyətində mühüm yer tutduqlarını vurğulayıb.

media-5r4a8625
AQC İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Orxan Əli yeni platformanın funksional imkanları barədə geniş təqdimatla çıxış edib. O, portalın həm peşəkar qiymətləndiricilər, həm də vətəndaşlar üçün əhəmiyyətini vurğulayaraq yenilikləri diqqətə çatdırıb. Bildirib ki, saytda mövcud yeniliklər həm qiymətləndiricilər, həm də bu sahəyə aid şəxslər üçün əhəmiyyət kəsb edir.

media-5r4a8594

Bölmələr arasında keçidlərin rahatlığı və istifadə üçün asan mexanizmlər saytı daha da rahat edib.

Tədbirdə çıxış edənlər AQC-nin fəaliyyətinin son dövrlərdə xüsusilə aktiv fazaya keçdiyini vurğulayıb. Qeyd olunub ki, yeni saytın istifadəyə verilməsi də AQC fəaliyyətinin daha yaxından izlənməsinə şərait yaradacaq.

media-5r4a8607
Tədbirin sonunda media nümayəndələrinin tikinti və söküntü işləri ilə bağlı sualları AQC-nin Tikinti və köçürülmə üzrə qiymətləndirmə və konsultasiya komissiyasının üzvləri, tanınmış iqtisadçı-ekspertlər Elnur Fərzəliyev, Firdovsi Xəlilov və Asif İbrahimov tərəfindən cavablandırılıb.

AzPost.az

Post navigation

Previous: Solovyov Baş nazir Melonini təhqir etdi
Next: Kiçik ada dövlətləri Bakının iqlim diplomatiyasında liderliyini yüksək qiymətləndirir

Oxşar xəbərlər

konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53
yaz havasının
  • Sosial

Sabaha olan hava proqnozu

User 09 Noyabr 2026 - 12:10

xƏBƏR

konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Balıq konservləri zülal və Omeqa-3 yağ turşularının mənbəyi olaraq qalır. Lakin alıcıların əksəriyyəti bu məhsulu düzgün seçmir....
Read more about Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi? rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53
Varlı olmaq üçün hansı xarakterə sahib olmaq lazımdır? – Maraqlı araşdırma varli03
  • Maraqlı

Varlı olmaq üçün hansı xarakterə sahib olmaq lazımdır? – Maraqlı araşdırma

User 09 Noyabr 2026 - 16:44
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.