Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Neftçalada akvakultura sahəsinə dair tədbir keçirilib

User 22 Aprel 2026 - 16:44 (Last updated: 22 Aprel 2026 - 16:44)
neft01

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin təşəbbüsü, Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkilatçılığı ilə Neftçala rayonunda akvakultura sahəsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayonun balıqçılıq təsərrüfatlarının rəhbərləri, fermerlər, su təsərrüfatı və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə akvakultura təsərrüfatlarının yaradılması, su hövzələrinin seçilməsi, təsərrüfatların təşkili, ekoloji yanaşmalar, su təminatı və sudan istifadəyə dair müqavilələrin bağlanması, həmçinin akvakultura obyektlərinə əmtəə balıq yetişdirilməsi üzrə şəhadətnamələrin verilməsi barədə geniş təqdimat keçirilib.

Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndələri tədbir iştirakçılarına qüvvədə olan qanunvericilik və mövcud qaydalar barədə ətraflı məlumat veriblər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mütəxəssisləri suyun qanuni əsaslarla verilməsi, sudan istifadənin ödənişli qaydaları, qanunsuz su götürülməsinin yaratdığı fəsadlar və qarşısının alınması istiqamətində görülən tədbirlər barədə danışıblar. Bildirilib ki, su təminatı yalnız mövcud su şəbəkəsi çərçivəsində, sahibkarların müraciəti və müvafiq şəhadətnamələr təqdim edildikdən sonra həyata keçirilir.

Qeyd olunub ki, sudan səmərəli istifadə ilə bağlı zəruri tədbirlər görülür və çətinliklərin həlli istiqamətində əlaqələndirilmiş fəaliyyət təmin olunur. 2026-cı ilin əkin planlaması da mövcud su ehtiyatları nəzərə alınmaqla aparılıb.

Tədbir çərçivəsində sahibkarları maraqlandıran suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb və nəzərdə tutulan həll yolları barədə məlumat verilib.

Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirlib.

AzPost.az

Post navigation

Previous: Muğanlı-İsmayıllı-Qəbələ yolu bir həftə bağlı olacaq
Next: Prezidentlərin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu keçirilib

Oxşar xəbərlər

neft serq
  • İqtisadiyyat

Neft 100 dolları keçib – ABŞ-İran razılaşması Azərbaycanın gəlirlərinə necə təsir edəcək?

User 26 Oktyabr 2026 - 10:23
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 26 Oktyabr 2026 - 09:16
neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51

xƏBƏR

qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
Qara dəniz ticarət gəmiçiliyi üçün dünyanın ən ölümcül dənizinə çevrilib. Financial Times qəzetinin dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış...
Read more about Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü
Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı zelenski
  • Dünya

Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı

User 26 Oktyabr 2026 - 14:08
Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00
DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib yap sedr
  • Sosial

DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib

User 26 Oktyabr 2026 - 13:53
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib ilham maratinos
  • Siyasət

İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

User 26 Oktyabr 2026 - 13:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.